Yəmənin üsyançı “Ansar Allah” (Husi) hərəkatının silahlıları
noyabrın 19-dan bu günədək Qırmızı dənizdə 26 hücum həyata keçirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı
Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Yanvarın 9-da husilər Yəmənin nəzarətindəki ərazidən Qırmızı
dənizin cənubunda beynəlxalq dəniz zolaqlarına doğru PUA, gəmi
əleyhinə qanadlı raketlər və gəmi əleyhinə ballistik raketlərdən
istifadə edərək onlarla kompleks hücuma keçiblər”, -
açıqlamada deyilir.
“Bu, husilərin 19 noyabrdan bəri Qırmızı dənizdəki
ticarət yollarına 26-cı hücumudur”, - komandanlıq
aydınlaşdırıb. Tələfat və dağıntıların miqyası barədə məlumat
yoxdur.
ABŞ Komandanlığının məlumatına görə, “18 İHA, 2 gəmi əleyhinə
qanadlı raket və 1 gəmi əleyhinə ballistik raket” vurulub. CNN-in
çərşənbə axşamı verdiyi məlumata görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri
Qırmızı dənizdə husilərin Yəməndən atdığı 24 raket və pilotsuz uçan
aparatı vurub.