Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük
postlarının yaradılması ilə bağlı layihə hazırlanıb.
Bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin
Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi
şöbəsinin rəisi Vüqar Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın
və İnvestisiyaların Təşviqi Agentliyi (AZPRO MO) ilə birgə
keçirdiyi,
“Ticarət zamanı qeyri-tarif maneələri və xidmət
ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə
məsləhətləşmələr” mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı
layihələr həyata keçirilir:
"Ümumiyyətlə, həm ixracın,
həm idxalın sadələşdirilməsi istiqamətində işlər
aparılır".
Xatırladaq ki, bugünkü tədbirdə Aİ-nın təşəbbüsü olan “EU4Business"
və BMT-nin icra etdiyi "Şərq Tərəfdaşlığının Ticarətə Yardım
Masası" layihəsi çərçivəsində Azərbaycanda ticarət zamanı
qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə biznes
dairələri arasında keçirilmiş sorğunun nəticələri iştirakçılara
təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün
"dəyirmi masa" formatında interaktiv müzakirələr aparılıb.