Kanadada yenot üç milyon əhalisi olan şəhəri işıqsız qoydu
Kanadanın ən böyük şəhərlərindən biri olan, təxminən üç milyon insanın yaşadığı Toronto şəhərini bir yenot elektrik enerjisindən məhrum edib.

Qeyd olunub ki, heyvan yarımstansiyaya dırmaşaraq avadanlığı sıradan çıxarıb. Nəticədə bir neçə rayonda minlərlə insan işıqsız qalıblar.

Mütəxəssislər avadanlığın təmirinə üç saatdan çox vaxt sərf etməli olublar. Heyvanı tutmağın mümkün olub-olmadığı isə məlum deyil.

Məmbə: Oxu.az
Print Email
Tags: Kanada
FaceBook Twitter Google