7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 18 yaşına çatmış və
aktiv seçki hüququna malik
Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı
Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən
bildirilib.
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti
seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Gürcüstandakı
Səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı
Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.
Ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.
18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan
Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı
sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:
Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.
Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı
pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna
malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət
vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.
7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan
19:00-dək davam edəcək.
Əlaqə üçün: +995555250993 , +995322243004”, -
səfirlikdən bildirilib.