Qarabağ Universiteti bu şəhərdə yerləşəcək
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.

Bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:
  • - bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
  • - magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
  • - doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
  • - orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
  • - elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

Mənbə: publika.Az
Print Email
FaceBook Twitter Google