Azərbaycanın Gürcüstandakı səfirliyində və Batumi şəhərindəki Baş konsulluğunda səs vermə yekunlaşıb
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri yekunlaşıb. Azərbaycanın Tbilisidəki səfirliyində və Batumi şəhərindəki Baş konsulluğunda yaradılmış seçki məntəqələrində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 47 saylı seçki məntəqəsində vətəndaşlar yüksək fəallıq göstəriblər.

"Seçicilərin 89,04 faizi səs verib. Səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Heç bir qanun pozuntusu qeydə alınmayıb".

Faiq Quliyev onu da bildirib ki, Azərbaycanın Gürcüstandakı səfirliyində 1100-dən çox Azərbaycan vətəndaşı öz səsvermə hüququndan istifadə edib. O, qeyd edib ki, gün ərzində hər hansı irad və ya şikayət qeydə alınmayıb.

Azərbaycanın Batumi şəhərində yerləşən Baş Konsul Pərviz İsmayılzadə də bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 57 saylı seçki məntəqəsində Batumidə müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə yüksək fəallıq göstəriblər.

"Seçicilərin 100 faizi səsvermədə iştirak ediblər".

Qeyd edək ki, Azərbaycanda 18 yaşdan yuxarı 6 milyon 478 min 623 seçici var və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Mərkəzi Seçki Komissiyası 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Print Email
FaceBook Twitter Google