MSK: İlham Əliyev 92,05% səslə liderdir
Azərbaycan Respublikasnın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Məzahir Pənahov bildirib ki, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.

Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
  • - İlham Əliyev – 92,05 faiz (4 281 625 səs);
  • - Zahid Oruc - 2,19 faiz;
  • - Fazil Mustafa - 2 faiz;
  • - Qüdrət Həsənquliyev - 1,76 faiz;
  • - Razi Nurullayev - 0,8 faiz;
  • - Elşad Musayev - 0,67 faiz;
  • - Fuad Əliyev - 0,53 faiz;
Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,05%-ni toplayaraq qalib gəlib.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google