Tsxinvali Krımla ticarət etməyi planlaşdırır
Cənubi Osetiyanın qondarma Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Moskvaya işgüzar səfəri zamanı Cənubi Osetiya qondarma Respublikasının sədri Konstantin Jusoyev və Nazirlər Sovetinin sədr müavini Krım Respublikasının Rusiyadakı daimi nümayəndəsi Qiorqi Muradov Cənubi Osetiya ilə Krım arasında ticarət əməkdaşlığının dərinləşdirilməsi və nəqliyyat əlaqələrinin yaradılması məsələlərini müzakirə edib.

“Görüşdə Krım Nazirlər Şurası ilə Cənubi Osetiya hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üzrə birinci iclasın nəticələri müzakirə olunub. Həmçinin ötən il imzalanmış protokol və təsdiq edilmiş tədbirlər planı ilə ikitərəfli işlərin həyata keçirilməsi üçün gələcək addımlar barədə danışılıb”, - deyə mətbuat xidmətindən bildirilib.

Tsxinvali bildirir ki, tərəflər birgə işçi qrup vasitəsilə işi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Ukraynanın Krım ərazisi 2014-cü ildən Rusiya tərəfindən ilhaq edilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google