Məşhur hindistanlı aktyor çəkiliş meydançasında boğularaq ölüb
“Anjathe” filmində iştirak etdikdən sonra geniş populyarlıq qazanan hind aktyoru Şridhar 63 yaşında çəkilişlər zamanı vəfat edib.

Qeyd olunub ki, aktyor son bir neçə gündür şiddətli öskürəkdən əziyyət çəkirmiş. Çəkiliş zamanı Şridhar yenidən özünü pis hiss edib, bundan sonra o boğulmağa başlayıb. Nəticədə onu xilas etmək mümkün olmayıb.

Yeni filmdə Şridhar rejissor kimi çıxış edib - bu, onun debüt işi olmalı idi.

Hazırda onun ölümünün səbəbləri araşdırılır.

Mənbə: Oxu.az
Print Email
Tags: rejissor
FaceBook Twitter Google