İlham Əliyev rəsmi olaraq Azərbaycan Prezidenti elan edilib
İlham Əliyev rəsmi olaraq Azərbaycan Prezidenti elan edilib.

Azərbaycan mətbuatının məlumatına görə, Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına müvafiq olaraq daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb. Prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir. İlham Əliyev səslərin 92,12 faizini topladığı üçün prezident elan edilib.

Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb. Seçici fəallığı 76,43 faiz təşkil edib. Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlanıb.

Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə əsasən, seçilmiş prezident Konstitusiya Məhkəməsi tərəfindən prezident seçkilərinin nəticələrinin rəsmi elan edildiyi gündən üç gün müddətində and içir.

Mənbə: trend.az
Print Email
FaceBook Twitter Google