Polşada Ukrayna taxılının sərhədə atılması hadisəsi ilə bağlı araşdırma başlayıb

Polşa polisi həftəsonu baş vermiş insidentlə bağlı araşdırmaya başlayıb, polşalı fermerlər Ukrayna taxılı ilə yüklənmiş 3 yük maşını sərhəd keçidində saxlayıb yükü yerə atmaqda günahlandırılıb.


Hadisə fevralın 11-də Yaqodin-Dorohuski keçid məntəqəsində baş verib və polşalı fermerlərin Aİ-nin kənd təsərrüfatı siyasətlərinə, o cümlədən Ukrayna taxılının Polşaya daxil olmasına icazə verən tədbirlərə qarşı geniş etirazlarının davamı olub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fevralın 12-də baş verənləri “qəbuledilməz” adlandırıb və bildirib ki, iştirakçılar məsuliyyətə cəlb edilməlidir.

Ukraynanın ticarət nümayəndəsi Taras Kaçka Facebook-da yazıb ki, zədələnmiş taxıl Litvaya aparılırmış və insident sərhəd zorakılığı ilə bağlı narahatlıq yaradır.

Polşa fermerləri keçən həftə Polşa ilə Ukrayna arasında bütün sərhəd keçidlərinin bağlanmasından başlayaraq ümumi tətil planlarını açıqlamışdılar.


 

Print Email
FaceBook Twitter Google