Rusiya Estoniyanın baş nazirini axtarışa verib
Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaya Kallası cinayət əməllərində ittiham olunaraq axtarışda olan şəxslər siyahısına daxil edib.

Rusiya dövlət mediası məlumatı Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olan şəxslərin məlumat bazasına əsaslanaraq yayıb.

"Kaya Kallası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", - məlumat bazasında yazılıb, Estoniyanın baş nazirinin hansı maddə əsasında axtarışa verildiyi açıqlanmayıb.

Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın dövlət katibi Taimar Peterkopu da axtarışda olanlar siyahısına daxil edib.

Mənbə: Tabula
Print Email
FaceBook Twitter Google