Qüdsdə törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Qüdsdə magistral yolun yaxınlığında törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralı isə Şaare Zedek Tibb Mərkəzinə aparılıb.

Məlumatlara istinadən, fələstinli terrorçular dinc sakinlərə atəş açıblar.

Qüds Tibb Mərkəzinin nümayəndəsinin sözlərinə görə, hücum nəticəsində Maale Adumim ölüb, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qüds polisinin məlumatına əsasən, üç fələstinli hücumçu tıxacda dayanan insanlara avtomat silahlardan atəş açıb. İsrail təhlükəsizlik xidmətləri iki hücumçunu hadisə yerində öldürüb, üçüncüsü isə qaçıb. Bir neçə dəqiqə ərzində polis üçüncü hücumçunu zərərsizləşdirib.

Mənbə: Tabula

 

Print Email
FaceBook Twitter Google