Biz Gürcüstanı və onun azadlıqsevər xalqını yüksək qiymətləndiririk - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstan prezidenti Salome Zurabişviliyə verdiyi dəstəyə görə təşəkkür edib.

Onun sözlərinə görə, Rusiyanın bütün qonşu xalqlarının azadlığı üçün ona qarşı “kollektiv və güclü təzyiq” lazımdır.

“Təcavüzkara qarşı kollektiv və güclü təzyiq onun bütün qonşu xalqlarının azadlığını təmin etmək üçün çox vacibdir. Biz Gürcüstanı və onun azadlıqsevər xalqını yüksək qiymətləndiririk”, – Zelenski Zurabişvilinin Ukraynaya qələbə arzuladığı bəyanatına belə cavab verib.
“İki il... iki il keçdi, amma Rusiya qalib gəlmədi! Rusiya Ukraynanı və sizin gücünüzü sındıra bilmədi. Rusiya Avropanı parçalaya bilmədi və Avropanı sizdən ayıra bilmədi. Sizə qarşı həmrəylik yekdildir, dəstək görünür və uğur və qələbə sizindir!”,
- Salome Zurabişvili Rusiyanın

Ukraynada genişmiqyaslı müharibəsinin başlamasından iki il sonra, dünən, fevralın 24-də yazıb.

İki il əvvəl Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə başlayıb. Kremldə buna “xüsusi hərbi əməliyyat” deyirlər.

BMT-nin məlumatına görə, Rusiyanın təcavüzü nəticəsində 10 mindən çox dinc sakin həlak olub.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google