Amerika əsgəri Vaşinqtonda İsrail səfirliyi qarşısında özünü yandırıb
Yerli polis idarəsinin məlumatına görə, bazar günü günorta saatlarında ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandırıb. ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü həmin şəxsin aktiv vəzifədə olduğunu təsdiqləyib.

İsrailin Qəzzada davam edən müharibəsinə etiraz edən bir adam özünü yandırma hərəkətini Twitch-də canlı lentə alıb.

“Mən daha soyqırımın ortağı olmayacağam”. – o, videoda “ən radikal etiraz formasına müraciət etdiyini” deyir. Videoda o, telefonu səfirliyin qarşısına qoyur, başına maye tökür və özünü yandırır, daha sonra “Fələstinə azadlıq” şüarını səsləndirir.

Tezliklə ABŞ Məxfi Xidmətinin əməkdaşları yanğını söndürməyə başlayıb, bundan sonra adı çəkilən şəxs ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Daha sonra İsrailin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, insident zamanı səfirlik əməkdaşının xəsarət almadığını bildirib.

Polis bölməsindən onu da bildiriblər ki, səfirliyin yaxınlığında sözügedən şəxslə əlaqəsi ola biləcək şübhəli avtomobil üçün minatəmizləmə qrupu çağırılıb, lakin sonradan müəyyən edilib ki, ərazidə heç bir təhlükəli material yoxdur.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google