Solovyov: 2008-ci ildə Gürcüstan problemini həll etsəydik, indi Ermənistanla quru sərhədimiz olardı
Rus təbliğatçısı Vladimir Solovyov Rusiyanın 2008-ci ildə Gürcüstanı fəth etməməsindən təəssüflənib və hesab edir ki, belə olan halda Rusiyanın bu gün Ermənistanla problemi olmayacaqdı.

Fevralın 25-də Ermənistanla Rusiya arasında pisləşən münasibətlərin müzakirə edildiyi proqramda Solovyov deyib:

“Bilirsiniz, 2008-ci ildə dayanmasaydıq, Ermənistanla heç bir problem olmayacaqdı. Gürcüstan problemini həll etmiş olsaydıq, Ermənistanla quru sərhədimiz olardı və orada həyat tamam başqa olardı”.

“Nə Gürcüstanla, nə də Ermənistanla sərhəd olmazdı. Olması lazım olan kimi də olacaq”,
– onun həmkarı-təbliğatçısı Marqarita Simonyan cavab verib və Solovyov bununla razılaşıb.

Son zamanlar Ermənistan getdikcə Rusiyadan uzaqlaşmağa çalışır. Ermənistan bu yaxınlarda Rusiyanın yaratdığı müdafiə təşkilatı olan KTMT-dəki üzvlüyünü dondurdu. Həmçinin Yerevan da Haaqa Məhkəməsinə qoşulub. Bütün bu addımlar Moskvanın narazılığına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin yaratdığı fond son hesabatında rusiyalı ekspertlərin Ermənistan ətrafında “həyəcan”ını açıqlayıb.

{{AUDIO}}

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google