Böyük Britaniya 2028-ci ilə qədər ölkədəki yəhudi icmaları,
məktəbləri və sinaqoqları üçün təhlükəsizlik tədbirlərini təmin
etmək üçün “Community Security Trust” (CST) xeyriyyə təşkilatına 72
milyon funt sterlinq (91 milyon ABŞ dolları) ayıracaq.
“Report” xəbər verir ki, bu barədə “Sky news” məlumat yayıb.
Maliyyə vəsaiti yəhudi icmasının üzvlərinin ziyarət etdiyi
məkanların mühafizəsinin təmin edilməsinə, müşahidə kameralarının
və siqnalizasiya sistemlərinin quraşdırılmasına sərf olunacaq.
CST daha əvvəl məlumat vermişdi ki, Britaniyada antisemitizm
hadisələri 2023-cü ildə Yaxın Şərqdə artan münaqişələr fonunda son
40 ilin ən yüksək səviyyəsinə çatıb.