Rusiyada buzqıran gəmidə yanğın baş verib
Rusiyanın Sankt-Peterburq şəhərinin dəniz limanında buzqıran gəmi yanıb.
“Report” xəbər verir ki, bu barədə şəhər üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 29-da şəhərin Kirovski rayonunda baş verib. Yanğının söndürülməsinə 12 texnika və 46 nəfər cəlb olunub.

Qeyd edilib ki, hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google