Qəzzada yemək növbəsi gözləyən insanlara atəş açılıb — media
Qəzzada HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail qüvvələrinin yemək gözləyən insanlara atəş açması nəticəsində Qəzzada ən azı 104 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

İsrail Müdafiə Qüvvələri (IDF) "insidenti öyrəndiyini" bildirir.

CNN-in məlumatına görə, İsrail tankları və pilotsuz təyyarələri izdihamı atəşə tutmağa başlayanda mülki insanlar yemək almaq ümidi ilə yeni gələn yardım maşınlarının ətrafında toplaşıblar.

İsrail rəsmisi CNN-ə bildirib ki, İsrail ordusu atəş açıb, çünki onlar izdihamın silahlı qüvvələrə təhlükə yaratmaq üçün çox yaxınlaşdığını düşünüblər.

İsrail Müdafiə Qüvvələri isə yük maşınlarının aşması nəticəsində onlarla insanın həlak olduğunu vurğulayıb.

Şahidlərin CNN-ə verdiyi məlumata görə, ərazidən qaçan yardım maşınları təsadüfən piyadaları vurub, insanların ölməsinə və yaralanmasına səbəb olan xaosa və izdihama səbəb olub.

Həmas sözçüsü İzzat ər-Rişek bildirib ki, humanitar yardım gözləyən mülki şəxslərə atəş açılması atəşkəs danışıqlarını poza bilər.

Bundan əvvəl Həmas ötən ilin oktyabrında müharibə başlayandan bəri Qəzzada 30 mindən çox insanın öldürüldüyünü bildirmişdi.

Münaqişənin kəskinləşməsi 2023-cü il oktyabrın 7-də “Həmas” terror təşkilatının mülki şəxslərə hücumu ilə müşayiət olunmuş və nəticədə 1400-ə qədər israilli həlak olmuşdu.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google