Türkiyənin xarici işlər naziri - Ukraynada atəşkəsin vaxtı çatıb
Artıq Ukraynada atəşkəsin vaxtı çatıb – bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna qarşıdurmada hərbi imkanların həddinə çatıb, ona görə də sülhlə bağlı dialoqa başlamaq lazımdır.

“Biz Ukraynada atəşkəsin vaxtının yetişdiyini düşünürük. Atəşkəs işğalın tanınması demək deyil. Bizim mövqeyimiz ondan ibarətdir ki, hər iki tərəf artıq hərbi yolla əldə edilə biləcək həddinə çatıb. Hesab edirik ki, indi atəşkəslə bağlı dialoq aparmağın vaxtı çatıb”, – Hakan Fidan deyib.

Fidan əlavə edib ki, Türkiyə işğal olunmuş ərazilərin tanınmasından danışmır, lakin indiki mərhələdə Türkiyə əmindir ki, bu məsələni və suverenlik mövzusunu atəşkəs mövzusundan ayırmağın vaxtı çatıb.

Print Email
FaceBook Twitter Google