Zurabişvili: Odessaya hücum Rusiyanın qorxaq taktikasının növbəti nümunəsidir

Vladimir Zelenski Yunanıstanın baş naziri ilə birlikdə şəhərə səfər edərkən Rusiyanın Odessaya hücumuna prezident Salome Zurabişvili münasibət bildirib.


“Prezident Zelenski və baş nazir Kiriakos Mitsotakisin səfəri zamanı Odessaya hücum Rusiyanın qorxaq taktikasının növbəti nümunəsidir. [Bu taktika] Ukraynanı və Avropanı qorxutmağa çalışma taktikası alınmayacaq, yalnız həmrəyliyimizi gücləndirəcək”. - Salome Zurabişvili X-də yazıb.

Ötən gün Vladimir Zelenski Kiriakos Mitsotakislə birlikdə şəhərə səfər edərkən ruslar Odessanı bombalayıb. Nəticədə 5 nəfər həlak olub - Ukrayna prezidenti və Yunanıstanın baş naziri hücum nəticəsində xəsarət almayıb.

CNN-in məlumatına görə, Ukrayna prezidenti və Yunanıstanın baş nazirinin Odessaya səfəri zamanı onların avtomobilindən 500 metr aralıda Rusiya raketi partlayıb.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google