Rusiya Litvanın rus nömrəli avtomobilləri müsadirə etməyə başlayacağı təqdirdə cavab verəcəyi ilə hədələyib

Rusiya Xarici İşlər Nazirliyi Litvada rus nömrəli avtomobilləri müsadirə etməyə başlasalar, cavab verəcəkləri ilə hədələyib.


"Vilnüsün bu qərarı həyata keçirilərsə, biz bunu dövlət səviyyəsində həyata keçirilən kobud soyğunçuluq aktı kimi qiymətləndirə bilərik. Bu cür ayrı-seçkilik hərəkətləri, təbii ki, cavabsız qalmayacaq". - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

Litvada qəbul edilən yeni qanuna əsasən, ölkə ərazisində Rusiya dövlət nömrə nişanlı avtomobillərin sahibləri avtomobillərini yenidən qeydiyyatdan keçirməlidirlər. Əks halda, nəqliyyat vasitələri müsadirə edilir.

“Bir daha Rusiya vətəndaşlarını riskləri minimuma endirmək üçün qalan günlərdən istifadə etməyə çağırırıq”.
- Litva Xarici İşlər Nazirliyinin 3 mart tarixində verdiyi bəyanatda deyilir.

Yeni qanun Litva ərazisində martın 11-dən qüvvəyə minəcək.

 

Mənbə: Tabula

 

Print Email
FaceBook Twitter Google