İsveçin NATO-ya daxil olması ilə bağlı protokol qüvvəyə minib
İsveçin NATO-ya daxil olması ilə bağlı protokol rəsmi olaraq qüvvəyə minib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib. Müvafiq olaraq, protokol 2024-cü il martın 7-dən qüvvəyə minib”, - məlumatda qeyd edilib.

Bununa yanaşı NATO-nun baş katibi Yens Stoltenberq “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) paylaşım edib ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç dövlət bayrağının qaldırılması mərasimi martın 11-də baş tutacaq.

“Artıq rəsmidir: İsveç NATO-nun 32-ci üzvü oldu. Bazar ertəsi NATO-nun mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimini səbirsizliklə gözləyirəm”, - o yazıb.

Mənbə: oxu.az
Print Email
FaceBook Twitter Google