Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab
edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini
təşkil edir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə
İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın
iştirakçılarına məktubunda bildirilib.
Qeyd olunub ki, son bir ildə dünyada baş vermiş bütün anti-İslam
təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür.
“İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi
ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs
kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin
(s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz
hərəkətlər söz azadlığı kimi qələmə verilir”, - deyə
dövlətimizin başçısı məktubunda vurğulayıb.
Mənbə: trend.az