Rusiya Əmək Nazirliyi miqrantlarla bağlı qanun layihəsi hazırlayıb.
Bu qanun layihəsinə əsasən, miqrantların öz profillərinə uyğun
işləmədikləri halda Rusiyadan çıxarılmaları nəzərdə tutulur.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Miqrantlara onları dəvət etmiş müəssisələrdə işləməkdən imtina
etdikləri təqdirdə ölkəni tərk etmələri üçün 15 gün vaxt veriləcək.
Sənəd işəgötürənlərin təşkilati işə qəbulla bağlı marağını
artırmaq
və bu mexanizmi prioritet kimi təmin etmək məqsədi daşıyır.
“Təşkilati işə qəbul çərçivəsində miqrant icazə
sənədlərinə uyğun olaraq müəyyən bir işəgötürən üçün işləyəcək.
Əgər belə bir işçi təşkilati işə qəbulda iştirak etməyən başqa bir
müəssisədə işləmək arzusunu ifadə edərsə, o, 15 gün ərzində Rusiya
ərazisini tərk etməli olacaq”, - deyə nazirlikdən
bildirilib.
Mənbə: oxu.az