Zaxarova: NATO-nun məqsədi Cənubi Qafqazda 2-ci cəbhəni açmaqdır, Rusiya sülhə nail olmaq istəyir

Rusiyalı təbliğatçı və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikrincə, NATO-nun məqsədi Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Rusiya isə sülhə yönəlib.



Zaxarova deyir ki, Alyans Rusiyanın sülh siyasətini bəyənmir.

“Bu keçmiş sovet respublikasının müdafiə və təhlükəsizlik sektorlarına nəzarəti bərqərar etməyə yönəli, Tbilisi üçün koalisiya standartlarını əymək üçün fəal səylər var”. - dedi.

Bu açıqlama ilə rusiyalı təbliğatçı Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz turnesinə cavab verib - Stoltenberq Bakıda, Tbilisidə və İrəvanda olub.

Zaxarova Ermənistan və Azərbaycan haqqında da danışıb:

“Onların səyləri İrəvanın Moskva ilə münasibətlərini gözdən salmağa, ideal halda isə tamamilə pozmağa yönəlib. Qərb bunu gizlətmir.

Onlar çalışırlar ki, bizim Bakı ilə tərəfdaşlıq münasibətlərimizə fitnə-fəsad salsınlar”.
- Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.


 

Print Email
FaceBook Twitter Google