26-28 mart tarixlərində Türkmənistanda Anev şəhərinin Türk
dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə bağlı açılış mərasimi
keçiriləcək.
APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Türk
Dövlətlər Təşkilatının saytında məlumat yayılıb.
Qeyd edək ki, ötən il Şuşa şəhərində “Şuşa – Türk dünyasının
mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın
Anev şəhərinə ötürülüb.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət
Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan
mədəniyyət naziri Atageldi Şahmuradova təqdim edib.