Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirib, 17 nəfər saxlanılıb
İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib.

Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb.

Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.

Mənbə: report.az

Print Email
FaceBook Twitter Google