Bu gündən kannabis bitkisinin saxlanması və becərilməsi ilə bağlı
qanun qüvvəyə minir.
Yeni qaydalara əsasən, Almaniyada yaşı 18-dən yuxarı olan sakinlər
küçədə öz istifadələri üçün marixuana gəzdirə bilərlər (25 qramdan
çox olmayaraq). Evdə maksimum üç çətənə kolu yetişdirmək, yaxud öz
ehtiyacları üçün 50 qrama qədər marixuana saxlamağa icazə verilir.
Bitkinin adı qadağan olunmuş maddələr siyahısından
çıxarılıb.
Artıq ictimai yerlərdə marixuana çəkməyə icazə verilir. Ancaq
gündüzlər uşaqların, yeniyetmələrin yanında, o cümlədən uşaq
bağçalarının, məktəblərin, uşaq və idman meydançalarının
yaxınlığında, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş
yerlərdə qadağandır.
Yeni qaydalar alman cəmiyyətində birmənalı qarşılanmayıb. Həmçinin
müxalifət, federal torpaqlarda müxtəlif təşkilatlar marixuananın
leqallaşdırılmasına qarşı çıxıblar. Onların fikrincə, yeni qaydalar
cinayətlə mübarizəyə mənfi təsir edəcək.