Rəsmi Tehran İsrailin İran konsulluğuna hücumu ilə bağlı ABŞ-yə mühüm mesaj göndərib
İsveçrə səfirliyinin rəsmisi ABŞ-nin İrandakı maraqlarının müdafiəçisi kimi İran XİN-ə çağırılıb.

Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun diplomatik binasına hücum nəticəsində İranın bir neçə rəsmi hərbi müşavirinin ölümündən sonra İsveçrə səfirliyinin rəsmisi ABŞ-nin İrandakı maraqlarının müdafiəçisi kimi nazirliyə çağırılıb.

Görüşdə İsrailin hücumu barədə məlumat verilib və Amerika hökumətinin məsuliyyəti vurğulanıb.

"
İsrailin himayədarı kimi Amerika hökumətinə mühüm mesaj göndərilib. Amerika məsuliyyətə cəlb edilməlidir”,
- nazir qeyd edib.

Rəsmi Vaşinqton da açıqlamay verərərək qeyd edib ki, İran İslam Respublikasının Dəməşqdəki konsulluğunun diplomatik binasına hücumdan əvvəlcədən xəbərdar olmayıb.

Bu barədə ABŞ Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, bu gecə İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.

Məlumata görə, ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google