Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə "TikTok"dan istifadə
qadağan edilib.
Müvafiq qanun layihəsi ölkənin Böyük Millət Məclisinin Milli
Müdafiə Komissiyasında qəbul edilib.
Qəbul edilən qərar təhlükəsizliklə əsaslandırılıb.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində dövlət qulluqçuları
üçün Çin sosial şəbəkəsindən istifadə məhdudlaşdırılıb. ABŞ-də isə
"TikTok"un ümumiyyətlə qadağa edilməsi gündəmdədir.
Mənbə: Oxu.az