Avropa İttifaqı liderləri bu gün və sabah Brüsseldə görüşəcək və
digər məsələlərlə yanaşı, Gürcüstan haqqında da danışacaqlar, -
Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.
“Avropa Şurası beynəlxalq əlaqələrimizlə bağlı bir sıra
məsələləri, o cümlədən Moldova və Gürcüstandakı vəziyyəti müzakirə
edir. Hər iki ölkə öz Avropa yolu üçün həlledici məqam
qarşısındadır”, - Şarl Mişelin Avropa Şurası
üzvlərinə
göndərdiyi dəvət məktubunda deyilir.
Onun sözlərinə görə, əsas mövzulardan biri Ukrayna məsələsi olacaq
və Avropa İttifaqı liderləri prezident Zelenskinin təklif etdiyi
“qələbə planı”nı eşidəcək və gələcək addımları inkişaf
etdirəcəklər.
Şarl Mişelin sözlərinə görə, Avropa liderləri həmçinin Yaxın Şərqdə
baş verən cari hadisələr, miqrasiya problemi və digər mühüm
mövzulara diqqət yetirəcəklər.