ABŞ-da Türkiyə prezidenti Ərdoğanın məşhur rəqibi Fətullah Gülən vəfat edib
ABŞ-da, 83 yaşında Türkiyədən sürgün olunmuş dini və siyasi xadim, prezident Ərdoğan hakimiyyətinin əleyhdarı Fətullah Gülən vəfat edib. Bu barədə CNN TÜRK televiziya kanalı, Gülənin qardaşı oğlunun bu gün, 21 oktyabr tarixində sosial şəbəkələrdə yayımladığı məlumata istinadən xəbər verir.

Fətullah Gülənin vəfatı haqqında sosial şəbəkə X-də Herkul adlı sayt da məlumat yayıb. Bu sayt mütəmadi olaraq
Fətullah Gülənin vəzlərini dərc edirdi. Saytın məlumatına görə, Gülən 20 oktyabr tarixində axşam saatlarında xəstəxanada vəfat edib.

Türkiyə hökuməti 1999-cu ildən ABŞ-da yaşayan Fətullah Güləni 2016-cı ilin uğursuz hərbi çevrilişinin təşkilində ittiham edirdi ki, Ankara hökumətinə görə, bu hadisə nəticəsində 250 nəfər həyatını itirib. Gülən bu ittihamı rədd edir və prezident Ərdoğan hakimiyyətini siyasi təqiblərdə günahlandırırdı. 2016-cı ilin hərbi çevriliş cəhdinə görə Türkiyədə 70 mindən çox insan, o cümlədən jurnalistlər, hərbçilər, müəllimlər və dövlət qulluqçuları həbs edilib və təxminən 130 min nəfər işindən çıxarılıb.


Print Email
FaceBook Twitter Google