Sandu Moldova prezident seçkilərində liderdir
Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 39,87%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 27,58% səs toplayıb.

Bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 95%-i sayıldıqdan sonra dərc edilib.

“Bizim partiya”nın lideri Renato Usatıy 13,74% səslə üçüncü yerdə qərarlaşıb.

Seçkinin nəticələrində sonrakı yerləri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5,72%), sabiq prokuror Viktoriya Furtuna
(4,76%), keçmiş baş nazirlər Vasili Tarlev (3,37%) və İon Çiku (2,19%) tutublar.

Qeyd edək ki, namizədlərdən heç birinin 50%-dən artıq səs toplamaması səbəbilə noyabrın 3-də seçkilərin ikinci turu keçiriləcək. İkinci turda isə seçkilərin birinci turunda ən yüksək nəticə əldə etmiş ilk iki namizəd prezidentlik uğrunda mübarizə aparacaq.
Mənbə: apa.az

Print Email
FaceBook Twitter Google