Noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu
keçiriləcək.
Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Açıqlanan son məlumata görə, bülletenlərin 98,51 %-nin
işlənməsindən sonra ən çox səs toplayan ilk 5 namizəd
aşağıdakılardır: hazırkı
prezident Maya Sandu - 42,07 %, Aleksandr
Stoyanoqlo - 26,27 %, Renato Usatıy - 13,72 % İrina Vlax – 5,44 %,
Viktoriya Furtune - 4,50 %.