Avropa Parlamenti (AP) bu gün Strasburqda keçirilən plenar
sessiyada Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən
gəlirlərdən Ukraynaya 35 milyard avro məbləğində kreditin
ayrılmasını təsdiqləyib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
518 avropalı deputat Kiyevə makromaliyyə yardımının göstərilməsinin
lehinə, 56 deputat əleyhinə səs verib, 61 deputat isə bitərəf
qalıb.
Avropa Parlamenti xatırladır ki, bu kredit G7 ölkələrinin Ukraynaya
50 milyard dollar məbləğində (təxminən 45
milyard avro) maliyyə
dəstəyinin göstərilməsi ilə bağlı iyunda razılaşdırılmış
təşəbbüsünün bir hissəsidir.
Bu vəsait Ukraynaya 2025-ci ilin sonunadək ayrılacaq.