İsrailin İrana cavab zərbəsi gərginliyə səbəb olmamalıdır – ABŞ Dövlət katibi
İsrailin İrana cavab zərbələri Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarmamalıdır.

Bunu ABŞ-nin Dövlət katibi Antoni Blinken İsraili tərk edərkən deyib.

“İndi əldə edilmiş uğurları uzunmüddətli strateji uğura çevirməyin vaxtıdır. Görülməli olan iki şey var: girovları evə qaytarmaq və bundan sonra nə olacağını bilməklə müharibəni bitirmək. Həmçinin, İsrailin (İrana) eskalasiyanın daha da artmasına səbəb olmayacaq şəkildə cavab
verməsi çox vacibdir”,
- Antoni Blinken bildirib.

Entoni Blinken İsraildən Ər-Riyada səfər edib və qeyd edib ki, İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün “böyük fürsətdən” istifadə etməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google