Bakıda keçiriləcək COP29-da iştirakla bağlı qərar hələ verilməyib – Alen Simonyan
İrəvanın Bakıda keçiriləcək COP29-da iştirakla bağlı hələlik bir qərarı yoxdur.

“Armenpress” xəbər agentliyi xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin spikeri Alen Simonyan brifinqdə məlumat verib.

“Hələlik belə bir qərar yoxdur. Ermənistanın burada niyə iştirak etməli olduğunu, tədbirin ölkəyə nə verəcəyini və hansı səviyyədə təmsil olunacağımızı müzakirə etmək lazımdır. Müzakirə edəcəyik, bunun dövlətimizə lazım olub-olmadığını anlayacağıq, uyğun
olmasa, getməyəcəyik”,
- o bildirib.

Noyabrın 11-22-də Bakıda BMT-nin iqlim dəyişikliyi üzrə “COP29” konfransı keçiriləcək. Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana COP29-da iştirak etmək üçün dəvət göndərildiyini açıqlamışdı. Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda bəyan edib ki, Ermənistan Bakıda keçirilən konfransda iştirakla bağlı hələ qərar qəbul etməyib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google