Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında
terrorçulara məxsus ümumilikdə 32 hədəfə qarşı hava əməliyyatı
həyata keçirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada deyilir:
“PKK/KCK
və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror
hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək
məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn
özünümüdafiə hüququna uyğun olaraq hava əməliyyatları davam
edir".
Əməliyyatlarda çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən
terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili
işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror
aktının PKK tərəfindən törədildiyini bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415