Azərbaycanda hökumət BBC News Azərbaycancanın Bakıda fəaliyyətinin
dayandırılmasına göstəriş verib.
BBC bu gün yaydığı bəyanatında deyib ki, Azərbaycan Xarici İşlər
Nazirliyindən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini
bağlamaqla bağlı "könülsüz qərar" qəbul edib.
BBC-nin sözçüsü Azərbaycan hökumətinin bu qərarı ilə bağlı deyib:
''Biz mətbuat azadlığına qarşı bu məhdudlaşdırıcı
addımdan dərin təəssüf hissi keçiririk''. BBC bəyan
edib
ki, bu qərar Azərbaycana və Azərbaycandan xəbər verilməsi
fəaliyyətinə əngəl yaradacaq.
Azərbaycanda dövlətin nəzarətində olan mediada BBC Azərbaycancanın
fəaliyyətini dayandırması barədə xəbərlər yayılıb və xəbərlərdə bu,
BBC Azərbaycanca əməkdaşlarının sayının bir nəfərə endirilməsi
tələbilə izah olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi BBC-nin hökumətin qərarını şərh
etmək xahişinə cavab verməyib.
BBC-yə bu tələb yalnız şifahi şəkildə çatdırılıb, şirkət Azərbaycan
hökumətindən yazılı heç nə almayıb və bir sıra kanallar vasitəsilə
məsələyə aydınlıq gətirməyə çalışıb.
BBC deyib ki, Bakıdakı jurnalist komandası işini dayandırıb və
şirkət bu göstərişlə bağlı aydınlaşdırma aparmaqdadır. BBC həmçinin
əlavə edib ki, Azərbaycan dilində xəbər verməyə davam edəcək.
Şəklin alt yazısı,BBC deyib ki, Bakıdakı jurnalist komandası işini
dayandırıb və şirkət bu göstərişlə bağlı aydınlaşdırma
aparmaqdadır. BBC həmçinin əlavə edib ki, Azərbaycan dilində xəbər
verməyə davam edəcək.
BBC-nin Azərbaycan dilində xidməti 1994-cü ildən bəri öncə radio
dalğalarında, daha sonra onlayn fəaliyyət göstərib.
Azərbaycan hökumətinin FM dalğalarında xarici radioların yayımını
dayandırmaq qərarından sonra 2011-ci ildən etibarən BBC
Azərbaycanca radio yayımlarını dayandırıb.
Bundan sonra BBC Azərbaycanca onlayn fəaliyyətini genişləndirib və
öz saytında, eləcə də, sosial media platformalarında geniş
auditoriya qazanıb.
BBC Azərbaycanca izləyicilərinin sayı həftədə bir milyona çatır və
artmaqda davam edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415