The Wall Street Journal (WSJ) nəşrinin məlumatına görə, BMT Baş
Assambleyasında ABŞ tərəfindən təqdim edilən və Rusiyaya qarşı
tənqidi olmayan qətnamə layihəsinin yeganə tərəfdarı Gürcüstan
hökumətidir.
Nəşr qeyd edir ki, Gürcüstanın Moskva ilə əlaqələri son vaxtlar
"yumşalıb".
Bu məlumat WSJ-nin geniş məqaləsində yer alıb. Məqalədə nəşr, Tramp
administrasiyası ilə Ukrayna arasındakı münaqişəyə toxunur. WSJ-nin
məlumatına görə, bu
münaqişə şənbə günü, 22 fevralda daha da
kəskinləşib. ABŞ, Ukraynanın Avropanın dəstəyi ilə hazırladığı
qətnaməni ləğv etdirməyə çalışıb. Bu qətnamə müharibənin üçüncü
ildönümünü qeyd etmək məqsədi daşıyırdı. Bunun əvəzinə, ABŞ öz
qətnamə layihəsini təqdim edib.
"Bu münaqişə ABŞ və Rusiyanı bir tərəfə, Ukrayna və
Avropanı isə digər tərəfə qoyur. Bu, illər ərzində Avroatlantik
gərginliyin ən dramatik nümunəsidir", – WSJ
vurğulayır.
Nəşr yazır ki, onun jurnalistləri ABŞ-ın müxtəlif paytaxtlara
göndərdiyi məktubla tanış olublar. Bu məktubda amerikalı
diplomatlar Avropalı həmkarlarına bildirirlər ki, Vaşinqton
Ukraynanın qətnaməsinə qarşı çıxacaq və Avropalıları Kiyevi bu
sənədi geri çəkməyə razı salmağa çağırırlar.
Məlumata görə, iki Avropalı diplomat bildirib ki, ABŞ son
günlərədək Ukraynanın qətnaməsi üzərində Avropa ilə birlikdə
çalışıb və mətnə kiçik düzəlişlər edilməsini təklif edib. Vaşinqton
bu mətnə böyük həvəs göstərməsə də, ona qarşı çıxacağını da açıq
şəkildə bildirməyib.
Diplomatların sözlərinə görə, cümə günü ABŞ Ukrayna
nümayəndələrindən qətnaməni geri çəkməyi tələb edib, lakin Ukrayna
bundan imtina edib. Eyni zamanda, Britaniya və Fransa rəsmiləri
Vaşinqtondan qətnamə layihəsini dəyişdirməyi istəyiblər, lakin
diplomatların bildirdiyinə görə, ABŞ bundan imtina edib.
Ukraynanın hazırladığı geniş qətnamə layihəsi Rusiyanı işğalda
günahlandırır. ABŞ-ın təqdim etdiyi qətnamə layihəsi isə cəmi üç
paraqrafdan ibarətdir. Mətndə münaqişənin "tezliklə başa
çatdırılması" çağırışı və "Rusiya Federasiyası ilə Ukrayna
arasındakı münaqişə zamanı həyat itkisinə görə təəssüf" ifadə
olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415