Məsut Özil Ərdoğanın partiyasının Mərkəzi Şurasının üzvü olub
Türk əsilli məşhur almaniyalı futbolçu Məsut Özil Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Şurasının üzvü olub. Partiyanın lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Futbolçu uzun illərdir Ərdoğanla yaxın münasibətlərini gizlətməyib.

2023-cü ildə Türkiyədə keçirilən parlament seçkiləri zamanı Özil AKP-nin namizədlər siyahısında yer almışdı.

Bundan əlavə, 2019-cu ildə Özilin toyunda Ərdoğan nikah şahidi qismində
iştirak etmişdi.

Məsut Özil futbol karyerasını 2023-cü ildə başa vurub. O, müxtəlif dövrlərdə Madrid "Real"ı və London "Arsenal"ında çıxış edib. Eyni zamanda, Gelsenkirchen şəhərində anadan olan futbolçu Almaniya millisinin heyətində 92 oyuna çıxıb.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google