Keçən bir neçə gün ərzində İranın Zəncan, Qürvə, Əhvaz, Mahabad
(Savcbulaq) və Günbəd Kavus şəhərlərində edam hökmləri icra edilib.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu Kave Əsədbeygi
adlı 39 yaşlı bir kişinin bazar günü fevralın 23-də Zəncanda edam
edildiyini bildirib.
Zəncanın mərkəzi həbsxanasında dar ağacından asılan Əsədbeygi
narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə
olunmuşdu.
Əsədbeygi 3 il əvvəl həbs olunana qədər ağır yük maşını sürücüsü
kimi işləyib.
Şənbə günü isə bir məhkumun edam hökmü İranın Kürdüstan vilayətinin
türklərin sıx yaşadığı Qürvə şəhərində icra edilib.
“Fevral ayının 22-də Qürvədə dar ağacından asılan
şəxsin 21 yaşlı Nəim Əbdi olduğu bəlli olub. O, Zəncanın Malıça
qəsəbəsinin sakini idi və qətl ittihamı ilə mühakimə
olunmuşdu,” - insan haqları üzrə fəaliyyət göstərən
HRA agentliyinin saytında dərc edilib.
Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində isə təcavüzdə
(zorlama) təqsirli bilinən 29 yaşlı Şahin Məhdəvikiyanın ölüm
cəzasının cümə axşamı günü tətbiq edildiyinə dair məlumat
yayılıb.
Həmin gün Türkmənsəhra bölgəsində yerləşən Günbəd Kavus şəhərində
adam öldürmədə təqsirli bilinən Milad Nasiri adlı məhkum edam
edilib.
Cümə axşamı günündən bəri Əhvaz şəhərində də qəsdən adam
öldürməkdən təqsirli bilinən iki kişinin ölüm cəzası tətbiq
edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415