ABŞ-ın Maliyyə Departamenti bildirib ki, Tehranın “kölgə
donanması”nın bir hissəsi kimi İranın neftlə əlaqədar məhsullarının
satışı
və daşınmasında oynadıqları rola görə 30-dan çox insan və gəmiyə
sanksiya tətbiq edib.
Departament bildirib ki, sanksiyalar Birləşmiş Ərəb Əmirlikləri
(BƏƏ) və Honq-Konqdakı neft brokerlərini, Hindistan və Çindəki
tanker operatorları və menecerləri, İran Milli Neft Şirkətinin
rəhbəri və İran Neft Terminalları
Şirkətini hədəf alır.
Departamentin bəyanatında deyilir ki, sanksiya tətbiq edilən
gəmilər yüz milyonlarla dollar dəyərində olan on milyonlarla barel
xam neft daşıyır.
“İran öz neft satışlarını asanlaşdırmaq və sabitliyi
pozan fəaliyyətlərini maliyyələşdirmək üçün gəmilər, yükgöndərənlər
və brokerlərdən ibarət kölgə şəbəkəsinə etibar etməkdə davam
edir,” - maliyyə naziri Skott Bessent bildirib.
Bu sanskiyalar, Bayden administrasiyasının tətbiq etdiyi
sanksiyalara əlavədir.
Bu cür sanksiyalar İran iqtisadiyyatının əsas sektorlarını hədəf
alaraq, hökuməti nüvə və raket proqramları üçün maliyədən məhrum
etməyi nəzərdə tutur. Görülən tədbir adətən ABŞ-ın hər hansı fiziki
şəxs və ya qurumunun hədəflərlə hər hansı bir iş görməsini qadağan
edir və onların ABŞ-da olan hər hansı aktivləri dondurur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415