ABŞ prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymağın
zəruriliyini təkrar etdiyi vaxtda
Ukrayna prezidenti Volodimir Zelenski sülhə nazil olmaq üçün
istefaya getməyə hazır olduğunu bildirib. Amerikanın Səsinin
müxbiri Veronika Balderas İqlesias təfərrüatları çatdırır.
Bazar ertəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 3-cü
ildönümüdür və münaqişənin sona çatması yüksək risk altındadır.
ABŞ Prezidenti Donald Tramp şənbə günü Mühafizəkarların
Siyasi
Fəaliyyət Konfransında çıxış edərkən bunu bir daha vurğulayıb.
“Bu, bitməlidir. Bu dəhşətlidir, bunu izləmək
dəhşətlidir. Mən prezident Zelenski ilə təmasdayam. Mən prezident
Putinlə danışıram”, - ABŞ prezidenti qeyd edib.
Tramp həmçinin Amerikanın Kyivə müharibə üçün göndərdiyi hərbi
yardım müqabilində ABŞ-a Ukraynanın təbii sərvətlərinə çıxış
hüququnu verəcək sazişə toxunub.
"Mən istəyirəm ki, verdiyimiz bütün maliyyə qarşılığında onlar bizə
nəsə versinlər. Ona görə də biz nadir torpaq mineralları və neft,
əldə edə biləcəyimiz hər şeyi istəyirik", - Tramp
bildirib.
Bazar günü ABC-nin “This Week” verilişinə müsahibə verən
Respublikaçı Mayk Louler deyib ki, Ukrayna prezidenti Volodimir
Zelenski Tramp administrasiyası ilə işləməlidir, xüsusən də
iqtisadi əməkdaşlıq çərçivəsində.
“Birləşmiş Ştatlar Ukraynanı dəstəkləmək üçün yüz
milyardlarla dollar sərmayə qoyub və bu müharibə nəhayət başa
çatdıqda, Ukraynanın yenidən qurulması üçün əhəmiyyətli
investisiyalara ehtiyacı olacaq”, - Mayk Louler
bildirib.
Bazar günü Kyivdə keçirilən forum zamanı prezident Zelenski ABŞ-la
tərəfdaş kimi dialoqu davam etdirməyə hazır olduğunu bildirib və
sülh naminə kənara çəkilməyə hazır olacağına işarə edib.
"Əgər sülhə nail olmaq üçün mənim həqiqətən vəzifəmi
tərk etməyimə ehtiyac varsa, mən hazıram. Əgər belə şərtlər olarsa,
onu NATO-ya dəyişə bilərəm", - Zelenski bildirib.
Demokrat senator Cek Rid ABC telekanalına deyib ki, ABŞ sülh
danışıqlarında həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə sıx
əməkdaşlıq etməlidir, lakin o, qarşıda bəzi çətinliklərin olacağını
gözləyir.
"Mən belə düşünürəm ki, əgər bu baş verərsə,
münaqişənin həllindən sonra, rusların ukraynalılara qarşı əks
ittihamları, həqiqətən də dəhşətli olacaq. Belə ki, onlar, onlara
qarşı olduğunu düşündükləri hamını bilərəkdən təqib edib, məhv
edəcəklər", - Demokrat Senator Cek Rid bildirib.
Bu arada Rusiyada prezident Vladimir Putin bazar günü “Vətənin
Müdafiəçisi Günü” münasibətilə keçirilən mərasimlərdə iştirak
edib.
O, həmçinin Ukraynada döyüşən əsgərlərə medallar təqdim edərək öz
qoşunlarını yeni və müasir silah və texnika ilə dəstəkləməyə davam
edəcəyinə söz verib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415