Bu ilin yayında, miqrantların sayının artması davam edəcəyi
təqdirdə, Polşa Almaniya ilə sərhəddə qismən
nəzarət tətbiq etməyi planlaşdırır. Bu barədə baş nazir Donald Tusk
Polşa Parlamentində çıxışı zamanı bəyan edib.
Tuskun rəhbərlik etdiyi liberal hökumət müxalif millətçi qüvvələr
tərəfindən tənqid olunur. Onlar hökuməti Almaniya tərəfindən Avropa
İttifaqı qaydalarına əsasən geri qaytarılan qeyri-qanuni
miqrantları qəbul etməkdə ittiham edirlər. Hökumət isə bildirir ki,
bu cür hallar çox nadir və məhdud saydadır.
Baş nazirin sözlərinə görə, Almaniyadan geri qaytarılan hər bir
miqrant qrupu ciddi yoxlamadan keçiriləcək:
“Əgər sərhəddə vəziyyət daha da pisləşərsə... qərar
verməkdən çəkinməyəcəyəm və müvəqqəti nəzarət tətbiq ediləcək. Çox
güman ki, bu yay Almaniya ilə sərhəddə qismən nəzarət tətbiq
olunacaq,” – deyə Tusk bildirib.
O, həmçinin əlavə edib:
“
Mən çox yaxşı başa düşürəm ki, qeyri-qanuni miqrasiya
Polşanın və bütövlükdə sivilizasiyamızın gələcəyi üçün nə
deməkdir.”
Donald Tusk bəyan edib ki, Polşa bəzi ölkələrlə vizasız rejimi
məhdudlaşdırmağı da istisna etmir – əgər həmin ölkələrin
vətəndaşları Polşada cinayət hadisələri ilə əlaqələndirilirlərsə bu
baş verə bilər. Bu kontekstdə o, Gürcüstanı da misal çəkib.
Polşa rəsmiləri bildirirlər ki, ölkə 2021-ci ildən bəri Belarus və
Rusiya tərəfindən təşviq edilən miqrasiya təzyiqi ilə üz-üzədir.
Hər iki ölkə bu ittihamları rədd edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415