Gürcüstanın baş naziri İrakli Kobaxidze və “Gürcü Arzusu”
hökumətinin nümayəndələri rəsmi səfərlə Macarıstandadır.
Bu gün, 11 iyun tarixində, Tbilisi və Budapeşt arasında
hökumətlərarası komissiyanın ikinci iclası keçirilib. Görüş
çərçivəsində bir sıra əməkdaşlıq memorandumu imzalanıb.
İclasdan və sənədlərin imzalanmasından sonra Viktor Orban və İrakli
Kobaxidze birgə mətbuat konfransı keçiriblər. Orban bir daha “Gürcü
Arzusu” hökumətinə təriflər yağdırıb:
“Hər kəs onlara həsəd aparır. Biz də həsəd aparırıq – 7
faiz iqtisadi artım. Bu böyük nəticədir... Bu cür nəticələrə nail
olan baş nazirlə görüş bizim üçün şərəfdir. Bu, asan olmayıb. Biz,
macarlar, çox istərdik ki, 2022-ci ildə – qlobal liberal meynstrim
qüvvələr bizi və sizi dayandırmağa çalışdığı dövrdə – bu cür
nəticəyə sahib olaq. Gürcüstan hökuməti oş Avropa İttifaqının
mübarizədən çəkindiyi ölkələr üçün "qurddur". Çünki Gürcüstan ilk
müqavimət göstərənlərdən idi"
Baş nazir İrakli Kobaxidze Viktor Orbana Gürcüstanın Avropa
İttifaqına inteqrasiyası yolunda göstərdiyi güclü dəstəyə görə
təşəkkür edib:
“Macarıstan Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün
qətiyyətli müdafiəçisidir. Bizim üçün, həmçinin, Avropa inteqrasiya
yolunda Macarıstanın – sizin şəxsən və macar hökumətinin – verdiyi
dəstək də son dərəcə önəmlidir. Macarıstan Gürcüstanın Avropa
yolunda ən güclü tərəfdaşı olaraq qalır.”
İrakli Kobaxidze və hökumət nümayəndələri – Levan Davitaşvili, Maka
Boçorişvili, Davit Sonqulaşvili, İrakli Çikovani və digərləri – 10
iyun tarixində Macarıstana səfər ediblər.
Qeyd edək ki, Macarıstan Avropa İttifaqında istisna təşkil edən
ölkələrdən biridir – onun liderləri hələ də “Gürcü Arzusu”
hökumətinin yüksək səviyyəli nümayəndələri ilə görüşürlər. Bu
Gürcüstan hakimiyyətinin son dönəmdə ölkədə müstəqil QHT-lərin və
medianın fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdığı halda baş
verir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415