Kamerunda müxalifət 92 yaşlı Biyanın qələbəsini qəbul etmir
17:43 / 28.10.2025
Kamerunda müxalifət liderləri prezident Pol Biyanın qalib elan
olunduğu prezident seçkisinin nəticələrini rədd edib.
Onlar nəticələrin xalqın iradəsini əks etdirmədiyini deyirlər.
Mərkəzi Afrikada yerləşən Kamerunda 92 yaşlı Biya 53 faizdən çox
səslə seçkinin qalibi elan olunub. Konstitusiya Şurasının oktyabrın
27-də açıqladığı bu qərar neft və kakao istehsalçısı olan ölkədə
etirazlara səbəb olub.
Seçkinin nəticəsinə görə,
1982-ci ildən - 43 ildir Kameruna
rəhbərlik edən Biya daha 7 il hakimiyyətdə qalmalıdır, yəni 99
yaşınacan.
"Reuters" yazır ki, məhkəmənin qərarından apellyasiya verilə
bilməz. Bu isə ölkədə siyasi qarşıdurmanın uzun çəkə biləcəyinə
işarə edir.
Biyanın əsas rəqibi İssa Çiroma özünü qalib elan edib, başqa
nəticəni qəbul etməyəcəyini deyib. Onun tərəfdarları çevik polis
qüvvələri ilə toqquşublar. Ölkənin ticarət paytaxtı Dualada yolları
yanan təkərlər, dağıntılar kəsib.
Müxalifət etirazlarda azı altı nəfərin həlak olduğunu bildirir.
Biya tərəfdarları isə qələbəni qeyd edirlər.
"Despotizmin möhürü"
Müxalifət liderləri seçkidə genişmiqyaslı saxtakarlıq olduğunu
desələr də, hökumət iddiaları rədd edib.
Prezidentliyə keçmiş namizəd, tanınmış hüquqşünas Akere Muna
prosesi "saxtakarlıq" adlandırıb, Konstitusiya Şurasını
"despotizmin möhürü" olmaqda suçlayıb.
Muna 11 gün əvvəl rəqib koalisiyaya qoşulmaq üçün yarışdan çəkilsə
də, adı bülletendə qalıb.
"Reuters" oktyabrın 28-də axşam ölkədə yenidən gərgin toqquşmaların
gözlənildiyini yazır.
Dualada yaşayan Jan-Paskal prezident Biyanın yenidən seçilməsini
"oğurlanmış qələbə" adlandırıb: "Xalq Pol Biyanı
seçməyib. Bu hökumət bizə heç nə verməyib. Mən doğulandan, 43 ildir
bu hökumət dəyişməyib. Amma bizə heç nə verməyib. Heç
nə".
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.