Rusiya Dövlət Duması ehtiyatda olan hərbçilərin dinc dövrdə də
orduya cəlbinə icazə verən qanunu ardıcıl üç oxunuşda qəbul edib.
Müdafiə Nazirliyinin hazırladığı qanun layihəsində "Müdafiə
haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara
dəyişiklik təklif olunurdu.
Sənədə görə, ehtiyatda olan hərbçilərin dinc dövrdə də həyati vacib
obyektlərin və digər mühüm infrastrukturun müdafiəsinə cəlb
olunması planlaşdırılır.
Söhbət müddətli hərbi xidməti başa
vurduqdan sonra ehtiyatda qalmağa könüllü razılıq vermiş şəxslərdən
gedir. Rezervistləri prezident fərmanı ilə iki aylıq toplanışlara
göndərəcəklər.
Qanun layihəsini hökumət bir neçə gün öncə hazırlayıb, oktyabrın
24-də Dövlət Dumasına təqdim edilib.
İndiyədək ehtiyatda olan hərbçilər yalnız səfərbərlik və ya hərbi
vəziyyət zamanı xidmətə çağırıla bilərdilər. Ukraynaya qarşı
genişmiqyaslı müharibə başlayandan Rusiya rəsmi olaraq nə hərbi
vəziyyət, nə də ümumi səfərbərlik elan edib. 2022-ci ilin payızında
"qismən səfərbərlik" həyata keçirilib, ordunun əsas hissəsi isə
"könüllülər" hesabına formalaşdırılıb.
"Vətəndaş və ordu" hüquq müdafiə qrupunun direktoru Sergey Krivenko
"Current Time"a deyib ki, söhbət Müdafiə Nazirliyi ilə ehtiyatda
olma barədə müqavilə imzalayan şəxslərdən gedir:
"Amma
bu kontrakt onların üzərinə müharibəyə getmək öhdəliyi qoymur.
Müharibədən öncəki şərtlərə görə, rezervist yalnız döyüş
hazırlığını təkmilləşdirmək, vaxtaşırı toplanışlara getmək
öhdəliyini götürürdü. Bunun qarşılığında Müdafiə Nazirliyindən az
miqdarda pul alırdı".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.