Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə
Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsada bir sıra
Azərbaycan vətəndaşının saxlanılması
ilə bağlı bu ölkənin ombudsmanı Sinişa Bjekoviçə məktub
ünvanlayıb.
O, saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma
çatım və tərcüməçidən istifadə hüquqlarının təmin olunmasını xahiş
edib.
"Səbinə Əliyeva beynəlxalq sənədlərdə təsbit
olunmuş bərabərlik, ayrıseçkiliyə yol verilməməsi prinsiplərinə
uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir
ayrı-seçkiliyin, nifrət dolu çıxışların... qarşısının alınmasının
vacibliyini də vurğulayıb", - Ombudsman Aparatının
məlumatında bildirilir.
Məktuba Monteneqro ombudsmanının münasibəti bəlli deyil.
Həftəsonundan bəri Monteneqroda türkiyəli mühacirlərə qarşı
zorakılıq, bununla paralel bir sıra Türkiyə və Azərbaycan
vətəndaşlarının saxlanmasına rəsmi Bakı, hələlik, hər hansı açıq
münasibət bildirməyib.
Monteneqroda türklər hücum, təhdid, vandalizmlə
üzləşir
Həftəsonundan bəri Monteneqroda türkiyəli mühacirlərə qarşı
zorakılıq artıb, onlar vandalizm, fiziki hücumlara məruz
qalırlar.
Oktyabrın 25-də paytaxt Podqoritsada dava zamanı bir monteneqrolu
bıçaqlanıb. Onun xəsarətlərinin həyatına təhlükə yaratmadığı
bildirilir.
Hadisə ilə bağlı Türkiyə və Azərbaycan vətəndaşları şübhəli şəxs
kimi saxlanılıb. Bu iki ölkədən onlarla şəxs isə Monteneqroda
yaşamağa qanuni sənədlərinin olmaması şübhəsi ilə saxlanılıb.
Davadan sonra vandallar Podqoritsada türkiyəli sahibkara məxsus
restoranın şüşələrini sındırıblar, digərləri isə türkiyəli
immiqrantlara məxsus avtomobilləri yandırıblar.
Bir neçə Türkiyə vətəndaşı fiziki hücuma məruz qaldıqlarını
bildirib.
Oktyabrın 26 və 27-də əsasən türklərin yaşadığı məhəllələrdə
küçələrə çıxan kütlə yürüş edərək "Türklər rədd olsun", "Türkləri
öldürün" şüarları səsləndirib.
Yerli rəsmi orqanlar Türkiyə vətəndaşlarına qarşı nifrət nitqi,
fiziki zorakılıq təhdidlərinə görə səkkiz nəfərin saxlandığını
açıqlayıb.
Qorxu, narahatlıq... antimühacir
əhval-ruhiyyəsi
AzadlıqRadiosunun Balkan xidməti baş verənlərin bəzi
monteneqrolularda qorxu və narahatlıq yaratdığını xəbər verir.
"Bütün bunlar mənə xoş deyil. Monteneqroda hər kəsə xoş münasibət
var. Biz çoxmillətli, bərabərlik prinsiplərinə əsaslanan, demək
olar, sivil bir dövlətik. Bunu qorumaq lazımdır", – Nada adlı qadın
radioya danışıb.
Amma mühacirlərə qarşı artmaqda olan əhval-ruhiyyəni bölüşənlər də
var.
"Hər cür zorakılıq pislənməlidir. Amma hökumət mümkün qədər
tez miqrasiya siyasətini dəyişməlidir, çünki miqrant sayı artıb.
Təhlükəsizlik vəziyyəti, doğrudan da, pisləşib və, açığını desəm,
özümü artıq təhlükəsiz və rahat hiss etmirəm", – bunu isə
Yovo adlı kişi AzadlıqRadiosuna deyib.
Türklər Monteneqroda yaşayan xarici vətəndaşların təxminən 13
faizini təşkil edir.
İndiyədək Türkiyə vətəndaşları Monteneqroya vizasız səfər edə
bilirdilər. Ancaq hökumət oktyabrın 27-də bu qaydanı müvəqqəti
dayandırıb, qısamüddətli vizalar tətbiq edib.
Hökumət bəyan edib ki, türkiyəli rezidentlərin statusuna hörmətlə
yanaşacaq və
"onların qalmasının maneəsiz, qanunauyğun
təmin edilməsi üçün gərəkən bütün addımları atacaq".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.